Xaricdəki söyüş müxalifətinə məlumatlar ötürən məmur müəyyən edildi — Araşdırmalara başlanıldı

11:46 - 24 İyun 2024

Xaricdəki söyüş müxalifətinə məlumatlar ötürən məmur müəyyən edildi — Araşdırmalara başlanıldı

Ali dövlət orqanlarından birinin sabiq vəzifəli əməkdaşı tərəfindən xaricdəki söyüş müxalifətinə məlumatlar ötürülməsi faktları müəyyən edilib. 


Manset.az Demokrat.az-a istinadən xəbər verir ki, həmin şəxs sözügedən dövlət orqanında çalışan yaxınları vasitəsilə onun məlumat bazasından məlumatlar əldə edərək təhrif olunmuş və bəzədilmiş formada xaricdəki söyüş müxalifətinə ötürüb, onun yayılmasını təşkil edib. 

Həmin şəxsin və onunla işbirliyində olan yaxınlarının kimliyi bəllidir. Hazırda aidiyyəti dövlət orqanları faktla bağlı araşdırmalara başlayıblar. 

Qeyd edək ki, törədilən bu əməl cinayət tərkiblidir və bunu törədənlər məsuliyyətə cəlb olunacaqlar.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin