Tayvanda güclü zəlzələ baş verdi

20:53 - 23 İyun 2024

Tayvanda güclü zəlzələ baş verdi

Tayvan sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar adanın şərq sahillərində yerli vaxtla saat 22:27-də qeydə alınıb.

Zəlzələnin episentri təxminən 100 min nəfər olan Hualien şəhərindən 18,3 kilometr cənubda dənizdə, ocağı isə 17 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin