Xırdalanda beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə olundu

11:37 - 23 İyun 2024

Xırdalanda beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə olundu

Abşeron rayonunun Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 12 ədəd qoruyucu açar və 3 p.m kabel yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən Manset.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1-i uşaq olmaqla 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin