Tərtərdə 18 yaşlı gənc ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

10:00 - 23 İyun 2024

Tərtərdə 18 yaşlı gənc ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB

Tərtərdə baş verən ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, bədbəxt hadisə ov zamanı baş verib.

Belə ki, 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu bacısı oğlu Süleymanlı Eltac Bəylər oğlu ilə birlikdə dovşan ovuna gediblər. A.Əhmədov qoşalülə tüfəngin çaxmağını bağlamağı unudub. O, vurduğu dovşanı götürmək aşağı əyilərək tüfəngin qayışını kürəyinə keçirmək istəyib. Bu zaman atəş açılıb və güllə arxadan gələn E.Süleymanlıya dəyib.

E.Süleymanlı Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

09:00

İyunun 23-də saat 05 radələrində Tərtər rayon sakini 2006-cı il təvəllüdlü Süleymanlı Eltac Bəylər oğlunun ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində xəsarət alması və xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a verilən məlumata görə, araşdırmalarla hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin dayısı 1988-cu il təvəllüdlü Əhmədov Asiman Vaqif oğlu saxlanılıb.

Araşdırma aparılır.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin