Türkiyə - Portuqaliya oyununda meydana azarkeş girdi

21:49 - 22 İyun 2024

Türkiyə - Portuqaliya oyununda meydana azarkeş girdi

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında meydana azarkeş girib.

 

Manset.az-ın məlumatına görə, hadisə 82-ci dəqiqədə baş verib.

Azyaşlı fanat ulduz hücumçu Kriştianu Ronalduya tərəf qaçıb və onunla şəkil çəkdirib. Azarkeşin stadiondan çıxarılmasından sonra qarşılaşma davam etdirilib.

Qeyd edək ki, Portuqaliya komandası hazırda 3:0 hesabı ilə öndədir.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin