Onların maaşı ilə bağlı QƏRAR verildi
23 Oktyabr 2024
21:12 - 22 İyun 2024
"Formula-1" İspaniya Qran-prisinin təsnifat yarışları keçirlib.
Manset.az xəbər verir ki, "McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" üzrə dünya çempionatının onuncu turunun seçmə mərhələsinin qalibi olub.
Yarış Barselona-Kataloniya avtodromunda keçirilir.
İkinci yeri "Red Bull" komandasının holland pilotu Maks Ferstappen tutub. Üçüncü yerdə "Mercedes"dən britaniyalı Lyuis Hamilton qərarlaşıb.
Əsas yarış bazar günü baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, Barselona 1991-ci ildən bəri ardıcıl olaraq dünya çempionatına ev sahibliyi edir. İspaniya Qran-prisində qələbələrin sayına görə rekordçular yeddiqat dünya çempionları alman Mixael Şumaxer və Hamiltondur, onların hər biri altı qələbə qazanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin