Şahruddin Türkiyə klubundan getdi

19:58 - 22 İyun 2024

Şahruddin Türkiyə klubundan getdi

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisi ilə müqaviləsini pozub.

Qeyd edək ki, futbolçu ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçib.

Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin