COP29-da məşhur futbol klublarının birgə alyansı yaradıldı
16 Noyabr 2024
18:58 - 26 Oktyabr 2021
Rusiyanın Xantı-Mansiysk muxtar dairəsinin prokuroru Yuri Bederinin qətlinin təşkilində günahlandırılan keçmiş məmur həbs olunub.
Manşet.az xəbər verir ki.Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib ki, 20 ildən artıqdır, axtarışda olan Yuri Çekin bu gün Xantı-Mansiyskdə tutulub.
İstintaqın versiyasına görə, həmin vaxt Maliyyə Nazirliyinin region üzrə nəzarət-təftiş idarəsinə rəhbərlik etmiş Y. Çekin büdcə vəsaitlərini mənimsəməkdə şübhəli bilinib, buna görə də rayon prokurorunun qətlini təşkil edib.
“Uzun illər ərzində o, Xantı-Mansiysk şəhərinin Kalinin küçəsində çoxmənzilli binada yaşayıb. Bu müddətdə evdən çölə çıxmayıb, mənzilin pəncərələrinə isə qeyri-şəffaf örtük çəkilib”, - deyə İ. Volk bildirib.
Otaqlardan birində polis adam gizlənə bilən gizli yer aşkarlayıb. Y. Çekin İstintaq İdarəsinə aparılıb.
Təqsirləndirilən şəxs pasport almayıb, mağazaya getməyib, qohumu olan qadının dəstəyi ilə yaşayıb. Həmin qadının də əməllərinə hüquqi qiymət veriləcək.
İstintaq Komitəsindən bildirilib ki, Y. Çekin 1993-cü ildə neft-qaz çıxarma müəssisələrindən birindən 15,6 milyon rubl oğurlayıb. Onun barəsində cinayət işi başlanıb. 2000-ci ilin iyulunda isə Y. Bederin evinin giriş qapısında güllələnib. Qətldə günahkar bilinən üç nəfər uzun müddətə azadlıqdan məhrum edilib.
İdarənin məlumatına görə, sabiq məmur Y. Çekin daha iki nəfərin qətlini sifariş verməkdə təqsirli bilinir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin