Sabiq başçı məhkəmədə son söz istədi

20:22 - 21 İyun 2024

Sabiq başçı məhkəmədə son söz istədi

Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov məhkəmədə son sözünü deyib.

 

Manset.az  Report-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmədə Alimpaşa Məmmədova son söz verilib. O, özünü qismən günahkar bilsə də, bir çox maddələrdə özünü təqsirli bilməyib və hakimdən onun əfv edilməsini istəyib. Həmçinin ona ittiham olunan dövlətə vurulan zərərin tam ödənildiyinin nəzərə alınmasını da xahiş edib.

Məhkəmənin qərarı ilə növbəti proses iyunun 24-nə təyin olunub.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin