Belarus Ermənistana nota verdi

18:35 - 21 İyun 2024

Belarus Ermənistana nota verdi

Belarus Xarici İşlər Nazirliyi Ermənistana bu ölkənin XİN başçısı Ararat Mirzoyanla Svetlana Tixanovskaya arasında keçirilən görüş səbəbindən nota verib.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu gün Minskdə MDB ölkələri ilə ikitərəfli əməkdaşlıq departamentinin rəhbəri Sergey Molunov və Ermənistanın Belarusdakı müvəqqəti işlər vəkili Narek Tiraturyan arasında görüş olub.

Diplomatlar ikitərəfli münasibətlərin bir sıra aktual məsələlərini, ticari-iqtisadi əməkdaşlığın perspektivlərini və birgə inteqrasiya strukturlarında qarşılıqlı fəaliyyətin perspektivlərini müzakirə ediblər.

Belarus XİN-in müvafiq notası Ermənistan tərəfinə verilib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin