Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
17:24 - 21 İyun 2024
Fransanın Bakıdakı səfirliyi bu gün Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.
Manset.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib:
"Bu gün sursat partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa ölkəni minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir".
Qeyd edək ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü Raqif Deputat oğlu İsayev həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin