Qayıqlara balta və bıçaqla hücum etdilər - Filippinlə Çin arasında böyük gərginlik

15:39 - 20 İyun 2024

Qayıqlara balta və bıçaqla hücum etdilər - Filippinlə Çin arasında böyük gərginlik

Çin Sahil Mühafizəsi personalı Cənubi Çin dənizində Filippin ordusunun qayıqlarına balta və bıçaqlarla hücum edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Filippin ordusu  ABŞ tank desant gəmisi Sierra Madre adlı qayalıqda gəmini göndərərkən bölgədə Çin Sahil Mühafizəsinin qayıqları ilə qarşılaşıb. İqtisadi zonada hər iki tərəfin əsgərləri üz-üzə gəlib və fiziki gərginlik artıb.

Filippin Çinlə yaşanan böyük gərginliyin görüntülərini paylaşıb

Filippin ordusu dünənki hadisə ilə bağlı görüntülər və açıqlamalar paylaşaraq bu açıqlamaları verib

-“İyunun 17-də Sierra Madredə humanitar rotasiya və təchizat missiyası zamanı Çin Sahil Mühafizəsinin məcburi, aqressiv və barbar hərəkətləri Filippin ordusunun gəmilərinə, o cümlədən rabitə və naviqasiya avadanlıqlarına ciddi ziyan vurub. Çin Sahil Mühafizəsinin əməkdaşları Filippin ordusu əsgərlərini yaralamaqla təhdid edən müxtəlif bıçaqlı və sivri uclu silahlar nümayiş etdirərkən kameralara da çəkiliblər".

Filippin Çinlə yaşanan böyük gərginliyin görüntülərini paylaşıbBuna cavab olaraq Çin Xarici İşlər Nazirliyi də öz bəyanatında:

-"Filippin gəmi və qayıqlarının Çindən icazə almadan qanunsuz yerdə dayanmış hərbi gəmiyə tikinti materialları göndərdiyi və  hadisə yerində manevrlər peşəkar, ölçülüb-biçilmiş, əsaslandırılmış və qanunauyğun olduğunu, həmçinin mübahisələri danışıqlar yolu ilə həll edəcəyini, eyni zamanda dənizdəki hər hansı pozuntu və təxribat hərəkətlərinə “qətiyyətlə cavab verəcəyini” vurğulayıb.

 

Fidan Əliyeva

 

Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin