MMA döyüşçüsü İslamı qəbul etdi

10:44 - 20 İyun 2024

MMA döyüşçüsü İslamı qəbul etdi

Qarışıq stil döyüşçüsü (MMA) Ceff Monson islamı qəbul edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə idmançı özü məlumat verib.

Monson çərşənbə günü Moskvada kəlmeyi-şəhadəti dilə gətirib.

"Mən islamı şüurlu şəkildə qəbul edirəm. Bu çətin zamanda qardaşlarımla çiyin-çiyinə dayanmaq istəyirəm. Bu barədə çox düşünmüşəm, lakin bu, həlledici addımdır", - Monson deyib.

Monsonun 53 yaşı var və 60 qələbə, 26 məğlubiyyət və 1 heç-heçə rekorduna malikdir.

Xatırladaq ki, o, 2018-ci ildə ABŞ vətəndaşlığından imtina edib, Rusiya Federasiyasının vətəndaşı olub.

2023-cü ilin sentyabrında Vahid Rusiya Partiyasından Başqırdıstan Dövlət Məclisinə deputat seçilib.

 

Fidan Əliyeva


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin