Sənədsiz evlərlə bağlı yeni açıqlama
26 Noyabr 2024
13:03 - 19 İyun 2024
Rusiya prezidenti Vladimir Putin və Koreya Xalq Demokratik Respublikasının dövlət məsələləri üzrə sədri Kim Çen In Pxenyanda nümayəndə heyətlərinin tərkibində danışıqlara başlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Rusiya ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindədir.
Kim Çen In danışıqlar zamanı Rusiya Federasiyasının bütün siyasətini qeyd-şərtsiz dəstəkləyəcəyini qeyd edib.
Şimali Koreya lideri danışıqlar zamanı iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın və qarşılıqlı mübadilənin genişləndirilməsi üçün Putinlə konstruktiv fikir mübadiləsi aparacağına ümid etdiyini bildirib. O, həmçinin Rusiya prezidenti ilə beynəlxalq məsələlərlə bağlı danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya prezidenti Kim Çen In hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb.
İki ölkə liderləri sənədi Pxenyanda iki saata yaxın davam edən şəxsi danışıqlardan sonra imzalayıblar. Yeni sazişin Rusiya ilə Şimali Koreya arasında 1961, 2000 və 2001-ci illərdə bağlanmış müqavilələri əvəz etdiyi güman edilir.
Sənədin məzmunu ilə bağlı təfərrüatlar hələlik məlum deyil.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin