"Nvidia" dünyanın ən bahalı şirkəti oldu

11:02 - 19 İyun 2024

ABŞ-nin çip istehsalçısı "Nvidia" bazar dəyərinə görə "Microsoft" u geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Nvidia"nın səhmlərinin qiyməti axşam saatlarında 3,3% artaraq hər bir səhm üçün 135,41 dollara yüksəlib və bu, yeni rekord olub.

Nəticədə şirkətin kapitallaşması 3,328 trilyon dollara çatıb, "Microsoft"un bazar dəyəri isə 3,322 trilyon dollardır. Dünyanın üçüncü ən dəyərli şirkəti isə kapitallaşması 3,281 trilyon dollar təşkil edən "Apple"dir.

 

Fidan Əliyeva


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin