"Ola bilsin ki, bəzi nöqsanlara yol verilib" - Bakı merindən ETİRAF
22 Oktyabr 2024
16:29 - 18 İyun 2024
Ermənistanda "Daşnaksütyun" partiyasının 5 nümayəndəsi həbs edilib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, onlardan 4-ü 2 ay, biri isə bir ay həbs müddətinə həbs olunub.
Həmçinin qeyd edilib ki, həbs olunanların hamısına ziyarət qadağası tətbiq edilib. Daha bir nəfərin öz ərizəsi ilə ölkəni tərk etməsinə qadağa qoyulub, bir nəfər isə zaminə buraxılıb.
"İrimiqyaslı qanunsuz aksiyalar həyata keçirilib, axtarışlar və həbslər aparılıb. Süni və uydurma işlərin başlanması üçün bütün mümkün mexanizm və üsullardan istifadə edilir, partiyanın regional ofislərinə hücumlar təşkil edilir", - deyə Minasyan jurnalistlərə bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistanda kütləvi həbslər fonunda "Daşnaksütyun"un müxtəlif ofislərində axtarışlar aparılmış və partiyanın 13 üzvü müxtəlif cinayət işləri ilə bağlı saxlanılmışdı.
Ermənistan İstintaq Komitəsindən bildirildiyinə görə, bütün saxlanılan şəxslər "Qanuni və ya qanunsuz toplantıda iştirak etməyə məcbur etmə" maddəsi ilə ittiham olunurlar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin