9 ölkə AB sanksiyalarına qoşuldu

22:25 - 17 İyun 2024

9 ölkə AB sanksiyalarına qoşuldu

Moldova və Ukrayna da daxil olmaqla, doqquz Avropa Birliyi (AB) tərəfdaşı və üzvlüyə namizəd ölkə “Rusiyaya hərbi dəstəyinə” görə AB-nin İrana qarşı sanksiyalarına qoşulub.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici siyasət xidməti bildirib.

"Namizəd ölkələr olan Şimali Makedoniya, Monteneqro, Albaniya, Ukrayna, Moldova, Bosniya və Herseqovina, eləcə də Avropa Azad Ticarət Zonası dövlətləri İslandiya, Norveç və Lixtenşteyn Rusiyaya hərbi təchizata görə İrana qarşı sanksiyalar tətbiq etmək barədə mayın 14-də AB Şurasının qərarına qoşulub", - deyə bildirilib.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin