Qəzzada daha bir jurnalist həyatını itirdi

15:35 - 17 İyun 2024

Qəzzada daha bir jurnalist həyatını itirdi

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Qəzza hökumətinin Media Ofisindən yazılı açıqlama verilib.

“Fələstin” qəzetində çalışan Mahmud Kasımın İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirdiyi bildirilib.

Açıqlamaya görə, oktyabrın 7-dən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərin sayı 151-ə yüksəlib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin