İlham Əliyev Tatarıstanda təltif edildi - FOTO
23 Oktyabr 2024
11:06 - 17 İyun 2024
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin cənubunda Azərbaycanla həmsərhəd olan rayonlara gedib.
Manset.az bildirir ki, bu barədə erməni KİV-ləri xəbər verib.
Məlumata görə, Paşinyan bölgədə aparılan infrastruktur layihələrinə baxış keçirib. O, İranla Ermənistanı birləşdirən M-2 İrəvan-Arazdəyən-Gorus-Meğri-İran sərhədi avtomobil yolundakı tikinti və Qafan şəhərinin mərkəzindən keçən çayda beton bəndləmə işləri ilə tanış olub.
Paşinyan səfəri çərçivəsində yerli sakinlərlə də görüşlər keçirib. Daha sonra o, Qubadlı rayonu ilə sərhəddə yerləşən Şurnuxu kəndinə gedib, orada sərhəddən köçürülən erməni ailələri üçün tikilmiş evlərin püşkatma üsulu ilə bölünməsində iştirak edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin