HAMAS Qəzza ilə bağlı razılığın əldə olunmasına dair 4 şərtini açıqladı

13:59 - 16 İyun 2024

HAMAS Qəzza ilə bağlı razılığın əldə olunmasına dair 4 şərtini açıqladı

Fələstinli radikal qruplar Qəzza zolağında dörd əsas şərtə əsaslanmalı olan atəşkəs sazişi bağlamağa hazır olduqlarını təsdiq edirlər.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Fələstinin HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bununla bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, HAMAS və digər Fələstinli qruplaşmalar dörd əsas məqamı özündə əks etdirən razılaşma əldə etmək niyyətindədirlər.

“Daimi atəşkəsin yaradılması, İsrail qoşunlarının Qəzzadan çıxarılması, anklavın infrastrukturunun yenidən qurulması və əsirlərin mübadiləsi”, - HƏMAS lideri hərəkatın rəsmi Teleqram kanalında bu şərtləri paylaşıb.

Haniyə radikalların vasitəçilərin son təklifinə cavabını uyğun hesab edir:

“Cavabımız ABŞ prezidenti Co Baydenin təklifində və BMT Təhlükəsizlik Şurasının qətnaməsində əks olunan sektorda atəşkəsin yaradılması üçün əsas prinsiplərə uyğundur”.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin