Qoşqudan yıxıldı, boynu sındı - Biləsuvarda bədbəxt hadisə

12:54 - 16 İyun 2024

Qoşqudan yıxıldı, boynu sındı - Biləsuvarda bədbəxt hadisə

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, rayon sakini, 1979-cu il Nahid Abdullayev traktorun qoşqusunda olan ot bağlamalarının üzərindən yerə yıxılıb.

Nəticədə o, ağır xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada 5-ci boyun fəqərəsinin sınığı diaqnozu qoyulub və ilkin tibbi yardımdan sonra paytaxt xəstəxanalarından birinə təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin