Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
12:02 - 16 İyun 2024
Rusiyanın Rostov vilayətində istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər iki əməkdaşı girov götürüb.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətinin region üzrə mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Rostov vilayəti prokurorunun səlahiyyətlərini icra edən Aleksandr Qatsko, Rostov vilayəti prokurorunun müavini Sergey Kapitonov və Cinayət hökmlərinin icrasının qanuniliyinə nəzarət şöbəsinin müdiri vəzifəsini icra edən Boris Mostovoy hadisə yerindədirlər.
Müəssisə ştat rejimdə fəaliyyət göstərir. Mətbuat xidmətinin aydınlaşdırdığı kimi, “vəziyyət nəzarətdədir” və girovların azad edilməsi üçün danışıqlar aparılır.
Hüquq-mühafiəz orqanlarıdan bildirilib ki, Rostov-na-Donudakı 1 saylı istintaq təcridxanasının əməkdaşlarını girov götürən məhbuslar onların nəqliyyatla təmin olunmasını tələb ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin