Dənizdə belə dalğa gördünüzsə ondan uzaq durun

17:22 - 15 İyun 2024

Dənizdə belə dalğa gördünüzsə ondan uzaq durun

Yay aylarını çimərlik, dəniz səfası olmadan təsəvvür etmək çətindir. Lakin çimərliyə gedərkən nəzərə almalı olduğunuz bir məqam var.

 

Manset.az lent.az-a istinadən dənizin hansı halda təhlükəli olması barədə məlumat verir.

Bəzən dəniz dalğaları arasında bir neçə metr enində sakit zona yaranır. Sahilə vuran ləpələr arasındakı həmin durğun, sakit görünən hissələr əslində çox təhlükəlidir.

Səbəb odur ki, suyun yuxarı hissəsi sakit olsa da, dibində əks cərəyan var, əgər sakit yerdə çimsəniz, birdən özünüzü dənizə çəkilmiş görəcəksiniz.

Təsadüfən belə vəziyyətə düşsəniz, həyəcanlanmadan sahilə doğru deyil, yan tərəfə üzməyə çalışın, əgər siz çimərliyə doğru üzməyə çalışsanız, əks cərəyan sizi dənizə doğru sürükləyəcək.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin