İsmayıllıda 47 yaşlı qadın faciəvi şəkildə öldü

16:36 - 15 İyun 2024

İsmayıllıda 47 yaşlı qadın faciəvi şəkildə öldü

İsmayıllı rayonunda 47 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.

 

Manset.az "Report"a istinadən  xəbər verir ki, Talıstan kənd sakini, 1977-ci il təvəllüdlü Göyçə Hacalı qızı Hüseynova həyətdə cücələrə su verərkən elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub.

Hadisə yerinə İsmayıllı rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin