İtaliya Ukraynaya 40 milyardlıq yardıma qarşı çıxdı

23:20 - 14 İyun 2024

İtaliya Ukraynaya 40 milyardlıq yardıma qarşı çıxdı

Ukrayna üçün ildə 40 milyard dollarlıq hərbi yardım paketi haqqında danışmaq hələ tezdir.

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Quido Krozetto deyib.

“Onlar sadəcə yoxdur, İtaliya bu öhdəliyə qarşı çıxdı. Bu, ildə əlavə 3,5 milyard xərcləmək deməkdir və onu ÜDM-in 2%-nə çatdırmaq bizim üçün onsuz da çətindir. Bu həddə çatanda biz yeni investisiyalar haqqında danışacağıq”, - deyə nazir bildirib.

Qeyd edək ki, bundan əvvəl NATO Baş katibinin Ukrayna üçün yeni fond yaratmaq istədiyi və alyansa üzv ölkələrin bu fonda hər il 100 milyard dollard köçürəcəyi barədə məlumat yayılmışdı. Sonradan bu məbləğin 40 milyard avro ilə dəyişdirildiyi qeyd olunmuşdu.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin