"Almaniya hazır olsun, Rusiya müharibəyə başlayır" - AÇIQLAMA
25 Noyabr 2024
22:37 - 14 İyun 2024
Çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra qanunsuzluqlarda ittiham olunan türkiyəli sosial media fenomeni Dilan Polatla birgə saxlanılan bacısı Sıla Doğu və qardaşı Can Doğu azadlığa buraxılıb.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, 4-cü Sülh Cəza Məhkəməsində hakim Dilan Polat, Engin Polat, Sezgin Polat, Ahmet Gün və Alper Kürşat Polatın həbsinin davam etdirilməsinə qərar verərkən, Sıla Doğu və Can Doğu da daxil olmaqla 11 məhbusun azadlığa çıxmasını qərara alıb.
Xatırladaq ki, bir müddət öncə Dilanla həyat yoldaşı Engin Polatın əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi. Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir. Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin