Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
17:01 - 14 İyun 2024
İngiltərənin Çeşir bölgəsində iflic olmuş bir bala it yeni texnologiya sayəsində həyata qaytarılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, altı aylıq Cockapoo cinsi olan Arturun onurğasının bir hissəsi düzgün bağlanmayıb.
Bu, onun onurğa beyninə təzyiq göstərib və üzvlərinin funksiyasını itirməsinə səbəb olub.
İflic olmuş bala itə “ikinci həyat şansı” verilib və onurğası 3D çap vintləri ilə bərkidiləndən sonra yenidən yeriyə bilib.
Chestergates Baytarlıq Xəstəxanasında cərrahlar üç ölçülü (3D) onurğa vintləri sifariş ediblər.
Bu vintlər dörd saatlıq cərrahi əməliyyatla Arturda yerləşdirilib.
Artur əməliyyatdan üç ay sonra yeriməyə başlayıb.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin