Bu halda Ukrayna ilə sülh ola bilər - Putin şərtlərini açıqladı

15:25 - 14 İyun 2024

Bu halda Ukrayna ilə sülh ola bilər - Putin şərtlərini açıqladı

Rusiya prezidenti Vladimir Putin İsveçrədə keçiriləcək Sülh Konfransı öncəsi sülh üçün şərtlərini açıqlayıb.

 

Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, Putin Ukraynanın Rusiyanın zəbt etdiyi 4 bölgədən geri çəkilməsini şərt qoyub.

Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşən Putin

-"Bizi İsveçrədəki konfransa dəvət etmədilər. Ukrayna və Avropa təhlükəsizliyinə Rusiya olmadan bir həll yolu tapmaq mümkün deyil",- deyə bildirib. 

Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xersondan çəkiləcəyi təqdirdə müharibəni bitirməyə hazır olduqlarını bildirib və geri çəkilən ukraynalı əsgərlərin təhlükəsizliyinə zəmanət verəcəklərini vurğulayıb.

Xatırladaq ki, iyunun 15-16-da İsveçrədə 90 ölkə və təşkilatın iştirakı ilə keçiriləcək Ukrayna Sülh Konfransına Rusiya dəvət edilməyib.

 

Fidan Əliyeva


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin