Bu küçələrdə təmir işləri aparılacaq - Yollar bağlanmır

15:19 - 14 İyun 2024

Bu küçələrdə təmir işləri aparılacaq - Yollar bağlanmır

15 iyun saat 09:00-dan etibarən Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Mehdi Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn küçəsindən Mixail Lermontov küçəsinədək) və Salyan şosesində (Bibiheybət şosesindən Lökbatan dairəsinədək) təmir işlərinə başlanılacaq.
 
Manset.az xəbər verir ki, sözügedən hissələrdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək. (Yollar bağlanmır) 
 
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur. 

 


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin