Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
15:11 - 14 İyun 2024
Türkiyənin Konya şəhərində özəl uşaq bağçasının yataq otağında 4 yaşlı qız yanındakı çarpayıda yatan 3 yaşlı oğlan uşağına hücum edərək bədəninin 13 nahiyəsindən dişləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, uşaq müəllimlərin müdaxiləsi ilə xilas edilib.
Həmin anlar təhlükəsizlik kameralarına düşüb.
Oğlanın anası Elife C. “Xəstəxanada “Uşağı it və ya pitbull dişləyib?” deyə soruşdular. 4 yaşlı qızın dişlədiyini deyəndə təəccübləndilər” deyib.
Beləki, hadisə 2024-cü il aprelin 24-də Səlcuqlu yerləşən özəl uşaq bağçasının yataq otağında baş verib. Zərərçəkmiş ailənin şikayətindən sonra prokurorluq və Vilayət Milli Təhsil Müdirliyi tərəfindən araşdırma başladılıb.
Elife C. övladının bədəninin 13 yerindən dişləndiyini bildirərək, "Kamera qeydlərinə baxanda uşaq ilk olaraq yastığı və yorğan ilə boğmağa çalışır. Sonra uşağın hər yerini dişləyir. Uşaqlar oğlumun səsinə oyanıb qışqırırlar. Amma müəllimlər köməyə gec çatır. Daha sonra müəllim gəlib qızı dartır. Oğlumun qulağını qopma dərəcəsində dişləyib. Mən 15 illik müəllimlik həyatımda heç vaxt belə bir şey görməmişəm” deyib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin