Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
25 Noyabr 2024
12:11 - 14 İyun 2024
Türkiyənin Eskişehir bölgəsində qızı Merve Karabaşı və nəvəsi 7 yaşlı Ata Alp Karabaşı küçənin ortasında silahla öldürən Osman Nuri Kəskin məhkəmə tərəfindən həbs edilərək həbsxanaya göndərilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Müdirliyində çalışan Merve Karabaş səhər saatlarında evdən çıxaraq oğlu Alp ilə işə getmək üçün maşınına minərkən, Osmaniyedən gələrək küçədə pusqu qurduğu təsbit edilən Merve Karabaşın atası Osman Nuri K. qızı ilə mübahisə edib, daha sonra belindən çıxardığı silahla Merve Karabaşı maşında vurub.
Maşında olan nəvəsi Alp avtomobildən düşərək qaçıb. Qətl şübhəlisi Osman Nuri K. qaçarkən nəvəsini güllələyərək öldürüb.
Hadisəyə şahid olanlar Osman Nuriyə hücum edərkən, xəbər üzərinə ünvana gələn polis qrupları Osman Nurini həbs ediblər.
Qeyd edək ki, hadisə ilə bağlı istintaq davam edir.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin