Mourinyo AVRO 2024-də çempion olacaq komandanı açıqladı

11:26 - 13 İyun 2024

Mourinyo AVRO 2024-də çempion olacaq komandanı açıqladı

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo TNT Sports kanalına 2024-cü il Avropa Futbol Çempionatında çempion olacaq komanda ilə bağlı proqnoz verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mourinyo öz ölkəsi Portuqaliyanı Almaniyanın ev sahibliyi edəcəyi AVRO 2024-ün favoriti adlandırıb.

61 yaşlı məşqçi İngiltərənin turniri ikinci yerdə başa vuracağını da bildirib. O, həmçinin, turnirdə sürpriz komandaların İtaliya, Hollandiya, İspaniya və Almaniya olacağını vurğulayıb.

Qeyd edək ki, 2024-cü il Avropa Futbol Çempionatı 14 iyun cümə günü oynanılacaq Almaniya-Şotlandiya oyunu ilə başlayacaq. 1 ay davam edəcək AVRO-2024-ün çempionu iyulun 14-də keçiriləcək final oyunundan sonra müəyyənləşəcək.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin