Bakıda aptekdən dəhşətli görüntülər - Qadın vəhşicəsinə döyüldü
25 Noyabr 2024
11:05 - 13 İyun 2024
Türkiyəli teatr aktrisası və prodüser Demet Ersoy Muğlanın Bodrum rayonunda otelin ikinci mərtəbəsinin terasında dostları ilə içki içərkən müvazinətini itirib və 7 metr hündürlükdən yıxılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 48 yaşlı aktrisa hadisə yerində dünyasını dəyişib.
Hadisə saat 05:00 radələrində baş verib. Ərsoyun cansız bədəni Muğla Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Dünən axşam iş müsahibəsi üçün Ankaradan Bodruma gəldiyi öyrənilən Ərsoyun ölümü ilə bağlı polis istintaqa başlayıb.
Qeyd edək ki, aktrisa evli və bir uşaq anasıdır.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin