Qurbanlıq heyvanları musiqi ilə böyüdən şəxs - VİDEO

09:57 - 13 İyun 2024

Qurbanlıq heyvanları musiqi ilə böyüdən şəxs - VİDEO

Türkiyənin Kırıkkale şəhərində yaşayan 20 yaşlı Hamit Keleş musiqiyə olan həvəsini atasının peşəsi olan heyvandarlıqla birləşdirərək davam etdirir.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Keleş süd zavodunda baxdığı heyvanlar üçün hər gün skripka çalaraq özünü təkmilləşdirir və dinclik tapır.

Skripkanın onun üçün çox xüsusi yeri olduğunu bildirən gənc yetişdirici:

-"Skripka çalarkən dinclik tapıram. Hər kəs skripka çala bilməz, musiqiyə qulağı olmayan adam skripka çala bilməz",- deyə vurğulayıb. 

Bu qurbanlıq heyvanlar sənətlə böyüyür! O, skripkasının səsi ilə baxdığı heyvanları valeh edir.

Heyvanlara olan sevgisini musiqi ilə qarışdıran Keleş, bu il 80 qurbanlıq heyvanı olduğunu və heyvanlara qulluq edərkən hobbi olaraq musiqi ilə məşğul olduğunu bildirib. 

Keleşin heyvanları üçün skripka çaldığı o anlar..

 

Fidan Əliyeva


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin