Nənə və nəvələri maşın vurdu - Uşaqlardan biri öldü

23:47 - 12 İyun 2024

Nənə və nəvələri maşın vurdu - Uşaqlardan biri öldü

Lənkəranda yol-nəqliyyat hadisəsi olub.


Manşet.az “Qafqazinfo”-ya istinadən qəza Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Belə ki, minik avtomobili 1968-ci il təvəllüdlü Mərziyyə Ağalıyevanı və onun yanında olan iki azyaşlını vurub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
3 yaşlı uşağın vəziyyəti ağır olduğu üçün həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Nənənin və 5 yaşındakı digər nəvəsinin müalicəsi təcili yardım şöbəsində davam etdirilir.
Məlumata görə, nənə nəvələri vuran nəqliyyat vasitəsi digər bir maşına da çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin