Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

20:56 - 12 İyun 2024

Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər ölüb.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə KUNA agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər yanğını söndürüb, səlahiyyətlilər araşdırma aparır.

Küveyt hökuməti başçısının birinci müavini Şeyx Fəhd Yusef Səud əs-Sabah hadisənin bütün detalları müəyyənləşdirilənə qədər binanın sahibinin saxlanılacağına söz verib.

"Təəssüf ki, mülk sahiblərinin tamahkarlığı belə hallara gətirib çıxarır... Mən bələdiyyə rəhbərliyindən xahiş edəcəm ki, sabahdan mülk sahiblərinə xəbərdarlıq etmədən qanun pozuntularının aradan qaldırılmasına başlasınlar", - baş nazirin müavini vurğulayıb.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin