"Ola bilsin ki, bəzi nöqsanlara yol verilib" - Bakı merindən ETİRAF
22 Oktyabr 2024
20:30 - 12 İyun 2024
İyunun 14-də Biləsuvar rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.
Manset.az Milli.Az-a istinadən xəbər verir ki, Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə aparılacaq işlərə görə 14 iyun saat 10:00-dan başlayaraq işlər başa çatana qədər rayonun 5 yaşayış məntəqəsini
(Biləsuvar şəhər, Bağbanlar, Günəşli, Çaylı, Arazbarı kəndləri) əhatə etməklə 5 500 nəfər abonentə təbii qazın verilişi dayandırılacaq.
Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin