Meqan Markl İngiltərəyə qayıtmaq üçün şərt qoydu

17:10 - 12 İyun 2024

Meqan Markl İngiltərəyə qayıtmaq üçün şərt qoydu

2020-ci ildə əri Şahzadə Harri ilə birlikdə Britaniya kral ailəsindəki rəsmi vəzifələrini tərk edən Meqan Marklın mütləq qayıda biləcəyi, lakin bəzi şərtlərin olduğu iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə kral ailəsinə yaxın bir mənbə məlumat verib.

Mirror-a özəl açıqlama verən kral yazıçısı və eksperti Tom Quinn deyib ki, Markl İngiltərəyə qayıtmaq üçün yaşıl işıq yandırıb, lakin bəzi şərtləri var:

"Meghan deyir ki, o, yalnız Harri ilə özlərinə məxsus bir yerə sahib olsalar və hər ikisi özlərini təhlükəsiz hiss edərlərsə, Böyük Britaniyaya qayıtmağa hazırdır. Bu olmadan Meghan heç vaxt geri qayıtmayacaq. Cütlük daimi bir ev tapıb təhlükəsizlik problemini həll edə bilsələr, uşaqlarını Böyük Britaniyaya gətirmək istəyəcəklər, lakin Archie və Lilinin gələ bilməsi üçün diplomatiya tələb olunacaq".  

Bu xəbər Şahzadə Harrinin Böyük Britaniyada ailəsinin təhlükəsizlik tədbirləri ilə bağlı Ali Məhkəmənin qərarından şikayət etmək üçün ərizə verdikdən sonra gəlib. Sasseks cütlüyü 2020-ci ildə ayrıldıqda vergi ödəyicisi tərəfindən maliyyələşdirilən polis müdafiəsini tamamilə itirib.

Onlar həmçinin keçən iyun ayında evlərini, Frogmore Kottecini itirib və İngiltərədə bir evləri yoxdur.

Qeyd edək ki, 2018-ci ildə evlənən Şahzadə Harri və Meqan Markl kral ailəsi ilə aralarında qalmaqaldan sonra ABŞ-a köçüb və burada yeni həyata başlayıblar. Cütlük Netflix və Spotify kimi nəhənglərlə milyon dollarlıq sövdələşmələr edərək həyatlarını bu şəkildə davam etdirməyə qərar veriblər. Lakin ikili istədikləri uğuru əldə edə bilməyib və imzaladıqları müqavilələrin bir çoxunu davam etdirə bilməyiblər.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin