Bakıda aptekdən dəhşətli görüntülər - Qadın vəhşicəsinə döyüldü
25 Noyabr 2024
18:43 - 12 İyun 2024
Papa Fransisk camaatın “yuxuya getməsinin” qarşısını almaq üçün moizələrə 8 dəqiqəlik məhdudiyyət qoyub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Katolik Kilsəsinin ruhani lideri Papa Fransisk keşişlərə səslənərək, camaatın sıxılmaması üçün “xütbələri qısa tutmalarını” xəbərdar edib.
Papa xütbələrin 8 dəqiqədən çox olmaması ilə bağlı qayda qoyub. Papa Fransisk deyib ki, kilsə ibadəti zamanı verilən xütbə “bir görüntü, düşüncə, hiss” kimi qısa olmalıdır.
Xütbələrin 8 dəqiqədən çox davam etməməsi lazım olduğunu bildirən Papa, “8 dəqiqədən sonra insanların diqqəti dağılır, yuxuya gedə bilirlər, haqlıdırlar. Rahiblər bəzən o qədər danışırlar ki, nə danışdıqlarını başa düşmürsən” deyib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin