Prezident yeni salınan parkla tanış oldu - FOTO
30 Oktyabr 2024
17:13 - 12 İyun 2024
Son günlərdə azyaşlılar arasında göyöskürək xəstəliyi yayılıb. Xəstəliyin əsas əlaməti adi qrip kimi olsa da, daha sonra boğaz ağrısı meydana çıxır.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı həkim-terapevt Elşən Tağıyev açıqlamasında bildirib ki, son illərdə insanlar göyöskürəyə qarşı peyvəndlənmədən imtina edirdilər.
Onun sözlərinə görə, artıq bir ildir ki, göyöskürəyə yoluxmanın sayı da artıb:
"Göyöskürək əvvəlcə sadə öskürək kimi özünü biruzə verir. Amma bir həftədən sonra tutmalar başlayır. Bu da əsasən gecə saatlarında və yemək yeyən zaman müşahidə olunur. Göyöskürəyin əsas problemlərindən biri də uzun müddət davam etməsidir. Yəni uşaq 4 aydan 6 aya qədər öskürür. Böyük insanlar arasında da bu xəstəlik yayılmağa başlayıb. Son zamanlarda bütövlükdə bir ailənin bu xəstəliyə yoluxduğunu da müşahidə etmişik. Bu xəstəlik daha çox böyüklərdən uşaqlara keçir. Göyöskürəyin konkret olaraq müalicə üsulu yoxdur. Xəstəliklə müalicə üçün çox zaman antibiotik təyin edilir. Müalicədə əsas məqsəd boğulmaların və tutmaların sayını azaltmaqdır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin