Qocalar evində xəstələrə zorakılıq tətbiq etdi - VİDEO

16:26 - 12 İyun 2024

Qocalar evində xəstələrə zorakılıq tətbiq etdi - VİDEO

Türkiyənin Beykoz şəhərində qocalar evində baxıcılardan biri xəstələrə zorakılıq tətbiq edib. 

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qocalar evində baxıcının xəstəyə qarşı zorakılıq tətbiq etdiyi görüntülər mobil telefon kamerasına düşüb.

Baxıcı Mehmet Şakir Ö, qocalar evində qalan insanlara zorakılıq tətbiq edib. Bu anların görüntüləri vətəndaşlar tərəfindən lentə alınıb. Beykoz İlçe Təhlükəsizlik  Komandirliyi qrupları sosial mediada paylaşılan görüntülər üzərində cinayət işi başladıb.

Araşdırmada polis qrupları qocalar evinə gedərək zərərçəkənlərdən və qocalar evi idarəçilərindən ifadələr alıb.

Polis qrupları baxıcı Mehmet Şakiri "ehtiyatsızlıqdan əmlaka ziyan vurmaq və xəsarət yetirmək"  ittihamı ilə ədliyyəyə göndərilib.

Şübhəli tutularaq həbsxanaya göndərilib. 

Xatırladaq ki, kadrlarda baxıcının xəstəni yatızdırarkən qışqıraraq onu vurduğu aydın görünür.

 

 

Fidan Əliyeva

 

 

 


Xəbər xətti

30 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin