Əfsanəvi teleaparıcı xəstəxanaya yerləşdirildi

14:55 - 12 İyun 2024

Əfsanəvi teleaparıcı xəstəxanaya yerləşdirildi

Amerikalı teleaparıcı Opra Uinfri mədə qripi (qastroenterit) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Uinfrinin rəfiqəsi, teleaparıcı Geyl Kinq yerli telekanala verdiyi müsahibəsində məlumat verib.

Onun dediyinə görə, Uinfriyə kəskin susuzlaşma diaqnozu qoyulub.

Kinq həmkarının tezliklə sağalacağına ümid etdiyini bildirib. 

Qeyd edək ki,Opra Uinfri televiziya aparıcısı, aktrisa, prodüser və ictimai xadim kimi fəaliyyət göstərir. 1986-cı ildə o, özünün “Oprah Uinfri Şousu” proqramını yaradıb və bu, onu Amerika televiziya ulduzu və ABŞ-nin ən zəngin və nüfuzlu qadınlarından birinə çevirib. 2011-ci ildə o, OWN adlı öz telekanalını açıb.

Bundan əlavə, "Opra"  radiostansiyasının sahibidir.

 

Fidan Əliyeva


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin