Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
14:26 - 12 İyun 2024
"Bu gün biz hər şeyi Aygün Kazımovadan görüb-götürmüşük. Siz fikir versəniz, o, nələr yaşayıb. Onun ən böyük fanatlarındanam. O, mativatorlarla işlədi. Kimsə nəsə gəlib deyəndə də söylədi ki, Allah köməyi olsun".
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Rəngarəng səhər" verilişində qonaq olarkən deyib. O, Xalq artisti Aygün Kazımovanın meyxana ifaçısı Namiq Qaraçuxurlu ilə barışmasından danışıb:
"HəttaAygün xanım Namiq Qaraçuxurlunu da bağışladı. Onu bağışlayandan sonra çiçəkləndi. Allah tərəfindən ona həvəs, gözəllik də gəldi. O qədər estetik əməliyyat elətdirənlər var. Aygün Kazıova olub biliblər? Amma bunu ürəkdən etmək lazımdır. Və sənin xarakterin buna cavab verməlidir. Sənin yalandan xoş olsun deyə, oturub mələk-mələk danışmağın lazım deyil ki, "Mən yaxşı adamam". Yaxşılığı da, pisliyi də etməyə ürək lazımdır. İnsan bağışladıqca aliləşir və neqativdən arınır. İllərin çörək kəsdiyi insanlar az qalır verilişdə biri-birini öldürələr. Hər adamla səhnədə dayanmaq çətin işdir. O xanım bunu bacarıbsa...
Böyüklərin bu yolu açmaları, Faiq Ağayev, Aygün Kazəmova, Zülfiyyə Xanbabayeva, onlar bizə örnəkdir. Onlar bu aləmi hərtərəfli idarə edirlər. Maddi cəhətdən də. Onlar bu gün 10 minə gedirlərsə, 5-7 mini də toyda mənə verilir. Allah onlara can sağlığı versin. Allah onları uca eləsin".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin