"Ola bilsin ki, bəzi nöqsanlara yol verilib" - Bakı merindən ETİRAF
22 Oktyabr 2024
08:58 - 12 İyun 2024
Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində baş verib.
VAZ-2106 markalı avtomobili sərxoş vəziyyətdə idarə edən Hacıqabul sakini, Qismət Xıdırov avtomobili beton arakəsməyə çırpıb. Nəticədə avtomobildə olan sürücünün 20 yaşlı qızı Züleyxa Xıdırova xəstəxanaya çatdırılarkən yolda ölüb.
Avtomobildə olan üç nəfər ailə üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin