Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
22 Noyabr 2024
15:39 - 24 İyun 2021
Rupor”un 25.03.2021 tarixində dərc etdiyi “Tarixi sərdabələr dağıdılıb: Pirşağıda irsimizə həqarət” adlı videoreportajda XVII əsrə aid olan mədəniyyət nümunəsi sayılan “Tataz” pirindəki qəbirlərin, sərdabələrin dağıdılması, istismara məruz qalması haqqında məlumat vermişdik. Məsələ ilə bağlı Pirşağı bələdiyyə sədri Şakir Quliyevlə də əlaqə saxlanılmışdı. Bələdiyyə sədri saytın sorğusuna cavab olaraq ərazinin şəxsi yer olduğunu nəzərimizə çatdırmış, bununla bağlı tədbir görülməsinin mümkünsüz olduğunu bildirmişdi.
“Rupor” məsələyə aydınlıq gətirmək məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlamışdı. Mədəniyyət nazirliyindən sorğumuza xoş cavab almışıq.
“Sizin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ünvanladığınız 12 aprel 2021-ci il tarixli JEM/8 nömrəli məktubunuza aidiyyəti üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində baxılmışdır.
Bildiririk ki, “Tatas piri” adlı tarixi məkan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunmuş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələri siyahısında yer almamışdır. Dövlət Xidməti tərəfindən həyata keçirilən monitorinqlər nəticəsində “Tatas piri” adlı tarixi məkanın həmin siyahıya daxil edilməsi məqsədilə yeni aşkar olunmuş tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.
“Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 2015-ci il tarixli 204 nömrəli Qərarına əsasına yeni aşkar olunmuş tarix-mədəniyyət abidələrinin mühafizəsi üçün ilkin qorunma tədbirləri həyata keçirilir. Buna görə də yeni aşkar olunmuş tarix-mədəniyyət abidələrinə ziyan vurmuş şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Tatas piri”nin qorunması məqsədilə tədbirlər həyata keçiriləcəkdir”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin