Sağçıların qələbəsindən sonra yüzlərlə insan küçələrə axışdı

17:59 - 11 İyun 2024

Sağçıların qələbəsindən sonra yüzlərlə insan küçələrə axışdı

Fransanın paytaxtı Parisdə vətəndaşlar Avropa Parlamenti (AP) seçkilərində sağçıların geniş fərqlə birinci olmasından sonra küçələrə axışıb.

 

Manset.az Fransa mətbuatına istinadən xəbər verir ki, sağçıların böyük fərqlə birinci gəldiyi Avropa Parlamenti seçkilərindən sonra prezident Makronun erkən seçkilər elanı Fransanı şoka salıb.

Paytaxt Parisdə yüzlərlə  sağçı əleyhdarı nümayişçi küçələrə çıxaraq “Gənclər, ayağa qalx” şüarları səsləndiriblər.

Etirazçılar qarşıdan gələn yerli seçkilər çərçivəsində solçu partiyaların birləşməsini tələb ediblər.

Qeyd edək ki, partiyasının böyük fərqlə məğlub olmasından sonra açıqlama verən Makron, nəticələrin  “Avropanı müdafiə edən partiyalar üçün yaxşı olmadığını” etiraf edib və erkən seçkilərin 30 iyun - 7 iyul tarixlərində keçiriləcəyini açıqlayıb.

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin