Bu bitkini qoparana verilən cəza heyrətə gətirdi

17:38 - 11 İyun 2024

Bu bitkini qoparana verilən cəza heyrətə gətirdi

Siirtin Sinep kəndində bitən yerli endemik bitki olan Siirt adaçayısının (Salvia Siirtica) qoparılması qadağan olunub.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Siirtin Tillo rayonundakı Sinep kənd qəbiristanlığında böyüyən, populyasiyadakı fərdlərin sayına görə təhlükə altında olan bu bitki qorunma altındadır.

Bildirilib ki, ğlkə ərazisində rast gəlinən 100-ə yaxın adaçayı növünün 50-dən çoxunun endemikdir.

Bitki Siirtdə yalnız müəyyən bir nöqtədə yayılıb. Yer üzündə ilin 15-20 günü çiçək açır, çiçəklərini tez bağlayır və meyvə əmələ gətirməyə başlayır.

Səlahiyyətlilər Siirt adaçayının qoparılması halında 387 min 141 lirə cərimə tətbiq olunacağını bildirib.

Siirt adaçayısının yerləşdiyi ərazi əslində çox önəmlidir. İnanca görə, qəbiristanlıqlar bitkilərin mühafizəsi üçün çox vacib sahələrdir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin