Banka borcu olan pensiyaçılara ŞAD XƏBƏR
25 Noyabr 2024
17:25 - 11 İyun 2024
Qazaxıstanın Baykonur kosmodromunda dəhşətli hadisə baş verib.
Manset.az xarici mənbələrə istinadən xəbər verir ki, kosmodroma piyada getməyə qərar verən fransalı turist məkana bir kilometr qalmış susuzluqdan ölüb.
Qeyd edək ki, kosmodroma xüsusi giriş rejimi var. Buna baxmayaraq, turistlər mütəmadi olaraq oraya qanunsuz daxil olmağa çalışırlar.
Turistlər Nikolas Karbon və Anjelo Alebetta da bu məqsədlə Almatıya yollanıblar. Onlar çöllüklə piyada getməyə qərar veriblər, lakin hava şəraitini nəzərə almayıblar. Havanın temperaturu +30°C olsa da, çöllükdə kölgələnmək üçün heç bir yer olmayıb.
Səyahət zamanı Anjelo özünü pis hiss edib və 246-cı meydançadan bir kilometr aralıda huşunu itirib.
Nikolas kömək üçün qaçıb, lakin əvvəlcə onu nəzarət-buraxılış məntəqəsinə çatdırıblar və yalnız bundan sonra polislər Anjelonu axtarmağa başlayıblar. 25 yaşlı Alebetta öləndən üç saat sonra tapılıb.
Fidan Əliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin