Yeşilçamdan daha bir ulduz dünyasını dəyişdi

14:35 - 11 İyun 2024

Yeşilçamdan daha bir ulduz dünyasını dəyişdi

Türkiyə kinofilm tarixində iz qoyan ustad aktyor Murat Soydan dünyasını dəyişib.

 

Manset.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  “Sənə dönməyəcəyəm”, “Səadət Günəşi”, “Yalan İllər” və s. kimi layihələrlə tanınan, 1972-ci ildə "Zülüm" filmindəki roluna görə 9-cu Antalya Qızıl Portağal Film Festivalında "Ən Yaxşı Kişi Aktyor" mükafatını qazanan 83 yaşlı Soydanın ölüm xəbərini qızı Mehveş Soydan açıqlayıb.

Mehveş Soydan:

-"Canım atamı itirdik. Başımız sağ olsun",- deyə sosial media hesabında paylaşım edib. 

Qeyd edək ki, məşhur aktyorun vəfat səbəbi hələlik açıqlanmayıb. 

 

Fidan Əliyeva


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin