İlham Əliyevdən Kəlbəcər Günü PAYLAŞIMI
25 Noyabr 2024
19:18 - 10 İyun 2024
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani ABŞ-ın Qəzzada atəşkəslə bağlı ciddi olmadığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kenani xarici işlər nazirliyində keçirilən həftəlik mətbuat konfransında danışarkən ölkəsinin xarici siyasət gündəmini və regional inkişafları dəyərləndirib.
İsrailin Qəzzada yüzlərlə mülki fələstinlinin həlak olduğu Nusayrat Qaçqınlar Düşərgəsinə hücumunu "qəddar və qeyri-insani cinayət" olaraq xarakterizə edən Kenani, "Bu əməliyyatda Amerika və İngiltərə qüvvələrinin rol oynadığına dair məlumatlar var. Bu o deməkdir ki, üçlü əməliyyatda 700-dən çox günahsız fələstinli öldürülüb” deyib.
Kənani ABŞ-ın Qəzzada hərtərəfli atəşkəs təklifini dəyərləndirərək deyib:
“ABŞ bütün törətdiyi cinayətlərdə sionist rejimin yanında olub. Heç bir dəlil ABŞ-ın atəşkəslə bağlı ciddi olduğunu göstərmir. Əgər ABŞ ciddidirsə, ilk növbədə sionist rejimin arsenalını doldurmağı dayandırmalıdır”.
Kenani ölkəsinin də üzvü olduğu BRİKS-ə yeni üzvlərin qəbulu məsələsinin Rusiyada keçirilən BRİKS ölkələrinin xarici işlər nazirlərinin toplantısının gündəm bəndləri arasında olduğunu bildirib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin